“Qalatasaray”da prezident seçkiləri təxirə salındı
27 noyabr 2020 16:48 (UTC +04:00)

“Qalatasaray”da prezident seçkiləri təxirə salındı

0

Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası göstərilib.

Klubun İdarə Heyəti 19-26 dekabr tarixlərində növbədənkənar seçkiləri təşkil etməyi planlaşdırırdı. Lakin koronavirus pandemiyası səbəb göstərilərək, seçkilərin ən azı 2021-ci il fevralın 28-nə qədər keçirilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, “Qalatasaray”ın hazırkı prezidenti Mustafa Cengizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2260

Oxşar yazılar